Soymaq məqsədilə bankomatı partlatdı - 1 dəqiqə 10 xəbər 14:00 buraxılışı

Yeni sənaye parklarının yaradılması planlaşdırılır. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

Azərbaycanda biznesə dəstəyin əldə olunması üçün 1,9 mindən çox müraciət təsdiqlənib. 

 

Elnur Əşrəfoğlunun vəziyyətində ciddi irəliləyiş yoxdur. “Yeni Klinika” bu barədə məlumat yayıb

 

Türkiyə ordusu PKK-ya zərbə endirib, çox sayda terrorçu məhv edilib

 

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda bankomat partladılıb.

 

Şəki şəhər sakini, 1966-cı il təvəllüdlü Tofiq Salamov 25 gündür itkin düşüb.

 

Bakı şəhərinin Sabunçu rayonunda, yarımstansiyada yanğın hadisəsi baş verib.

 

Rusiyada daha 820 nəfər COVID-19-dan ölüb

 

Sabah rayonlara dolu düşəcək, leysan yağacaq

 

Adam öldürməyə cəhddə və qanunsuz silah saxlamaqda təqsirli bilinən Zəngəzur vilayətinin qubernatorunun oğlu polisə təslim olub.

 

Müəllif | Apa.Tv
Apa.tv