"Space" TV-yə yeni direktor təyin olunub

"Space" TV-yə yeni direktor təyin olunub.

 

Bu barədə APA TV-yə “Space” TV-dən məlumat verilib.

 

Qeyd olunub ki, bu vəzifəyə Ülviyyə Mikayılova təyin olunub. O, artıq kollektivə təqdim olunub. 

 

Ülviyyə Mikayılova 1959-cu ildə anadan olub. O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv