"Space" TV-yə yeni rəhbər təyin edildi
Space TV-yə yeni rəhbər təyin olunub.
APA TV-nin məlumatına görə, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.
Kamil Şahverdiyev xəbəri APA-ya təsdiqləyib.
Qeyd edək ki, Kamil Şahverdiyev uzun illərdir “Space” TV-də çalışır.
Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.