Stoltenberq: “Ukraynada müharibə danışıqlar masası arxasında bitəcək”

Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək.

APA CNN-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O müharibədən sonra da Ukraynanın NATO-nun əlavə dəstəyinə ehtiyacı olacağını deyib. O qeyd edib ki, müharibənin nəticəsini proqnozlaşdırmaq çətindir.

“Müharibələr hər zaman gözlənilməzdir və buna görə də biz sadəcə olaraq uzunmüddətli dövrə hazır olmalıyıq”,-deyə Stoltenberq deyib. O bildirib ki, ukraynalılar döyüş meydanında ölkələrini qorumaq üçün can atır. Bütün bunlara baxmayaraq Rusiya da böyük itki verir.

Müəllif | Apa.Tv
Apa.tv