Su basan magistralda qəza - 7 yaralı
Tovuzda bir neçə nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qazax istiqamətdə hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus "Kamaz " markalı yük maşınına arxadan çırpılıb. Qəza zamanı mikroavtobusda olan 2005-ci il təvəllüdlü Nuray Namazova, 1986-cı il təvəllüdlü Laçın Şəmilova, 1977-ci il təvəllüdlü Rasim Namazov, 1985-ci il təvəllüdlü Leyla Namazova, 2002-ci il təvəllüdlü Nurgün Namazova və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, mikroavtobusda olan şəxslər Bakıdan Qazaxa toya gəlirmiş. İlkin ehtimallara görə, qəzaya b mikroavtobusun sürücüsünün sürət həddini düzgün seçməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Tovuz