Su istəyən camaata “Gedin kimə istəyirsiniz, deyin” deyən məmur kimdir?
Bura Qaradağ rayonunun Korgöz qəsəbəsidir. Gözdən uzaq, könüldən də uzaq Korgöz. Yolları bərbad, işıqları sönük, ictimai nəqliyat; olmayan, suya həsrət Korgöz. Amma sadaladığım promlemlər içərisində Korgöz sakinlərini narahat edən əsas məsələ susuzluqdur. Yayın istisində içməyə də su tapmırlar.
Bura su gətirən maşınlar da azdır. Bəzən günlərlə, bəzən də həftələrlə yuyunmağa belə su tapmayan sakinlər iddia edir ki, məsələ ilə bağlı müraciət etdikləri qurumlardan “Gedin hara istəyirsiniz deyin, vəziyyət budur” və ya “sizə deyən varmıydı ki, Qaradağda ev tikin?!” kimi cavablar alıblar. Hələ bu harasıdır? Sakinlər iddia edirlər ki, su gəlməyə-gəlməyə sayğaclar pul yazır.
Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Bizi Qaradağ rayon Sukanal İdarəsinə yönləndirdilər. İdarədən də tragikomik bir açıqlama verildi.
Özünüz də gördünüz. Qaradağ rayon Sukanal İdarəsinin baş mühəndisi sakinlərin dediklərini və öz gözlərimizlə gördüklərimizi təkzib etdi.
O ki qaldı su sayğaclarının su olmadan pul yazması məsələsinə...Təssüf ki, sualımıza cavab ala bilmədik.
Məlumdur ki, planetin 70 faizini su əhatə etsə də, 80-dən artıq ölkə içməli su qıtlığı ilə üz-üzədir. Azərbaycan da şirin su ehtiyatları məhdud ölkələr sırasınadır. Amma bunun fonunda ölkədə su qıtlığını aradan qaldırmaq üçün irimiqyaslı layihələr həyata keçirilir, iritutmlu su anbaraları, sugötürücü qurğu inşa edilib, kilometrlərlə su kəmərləri çəkilib, sutəmizləyici qurğular kompleksləri tikilir. Amma reallıq isə odur ki, bütün bunlara baxmayaraq, 21 əsrdə, yayın istisində Korgöz camaatı içməyə su tapa bilmir. Su da bir yana, heç dərdlərini deməyə adam da tapmırlar.