Suda batan şəxsin meyiti 10 kilometr aralıdan tapıldı

 

İki gün əvvəl Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində batan 13 yaşlı uşağın meyiti tapılıb. Bu barədə APA İnformasiya Agentliyi xəbər yayıb. Mayın 24-də Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlu Kürdə çimərkən boğulub. Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub. Bu məlumata əsasən, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Mayın 26-da azyaşlının meyiti batdığı yerdən 10 km aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv