Suda yaşayan heyvanlar kanalın daşmasına səbəb oldu

Yuxarı Qarabağ kanalı bəndi uçuraraq daşıb.

Hadisə Bərdə rayonu Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində qeydə alınıb.

Suyun daşması nəticəsində böyük ərazi su altında qalıb.

Yuxarı Qarabağ Kanalı idarəsindən bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb. Hadisəyə səbəb kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.

Əraziyə çox sayda texnika cəlb olunub. Daha böyük fəsadların qarşısını almaq üçün bəndbərkitmə işləri aparılır.

 

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv