Sükan arxasında yuxulayan sürücü digər avtomobilə və köşkə çırpılıb

 

Bakının Nərimanov rayonunda Əbülfəz Rəcəbli və Təbriz küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA TV xəbər verir ki, Altay Turabov idarə etdiyi "Toyota" markalı avtomobillə Əbülfəz Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən anidən yuxulayıb.

Bu zaman avtomobil Təbriz küçəsində hərəkətsiz vəziyyətdə dayanan və taksi fəaliyyəti ilə məşğul olan Asiman adlı sürücüyə məxsus "Daewoo Gentra" markalı nəqliyyat vasitəsinə, daha sonra işıqfor və səkidə fəaliyyət göstərən köşkə çırpılıb.

Qəza zamanı "Toyota" markalı avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Turabov Altay Zəlimxan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Hadisə zamanı işıqfor qırılıb, köşkə isə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv