Sülhməramlılara məxsus konteynerlər hara daşınır?

Laçın-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinə məxsus postda hərəkətlilik müşahidə olunur.

 

Bu barədə APA agentliyinin Şuşaya ezam olunan müxbiri məlumat verib.

 

Məlumata görə, ərazidə quraşdırılmış Rusiya sülhməramlılarına məxsus konteynerlərin başqa yerə daşınacağı gözlənilir.

 

Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 13 gündür davam edir.

Müəllif | Apa.Tv
Apa.tv