Sülhməramlılarımız Əfqanıstandan qayıtdı
Azərbaycan Ordusunun sülhməramlıları Vətənə qayıdıb.
APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, sülhməramlılarımız NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərib.
Missiyanın planına uyğun olaraq fəaliyyəti başa çatan hərbçilərimiz Bakıya dönüb.