Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində ləngimə olub
"Bu gün saat 08:20-də Baş Sumqayıt - 5-ci blok/post mənzilində kontakt şəbəkədə yaranan nasazlıq nəticəsində Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkəti ləngiyib".
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən APA TV-yə verilən xəbərə görə, elektrik qatarı saat 09:10-da təyinatı üzrə yola salınıb.
Təcili bərpa işlərinə başlanılıb.