Sumqayıt Şəhər Polis İdarəsində Heydər Əliyevin 100 illiyi qeyd olundu

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində də tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışılıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində ölkəmiz hərtərəfli inkişaf edib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan ata-baba torpaqlarımız işğaldan azad edilib.

Çıxış edənlər ulu öndərin irsinin gələcək nəsillərə ötürülməsində bu kimi tədbirlərin vacib əhəmiyyətindən danışıblar.

 

Əli Əliyev

Ağa Əlizadə.

APA TV

Müəllif | Apa.Tv
Apa.tv