Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri qəzaya düşdü
Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə ötən gecə magistralın Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, 5 avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Avtomobillərdən 3-ü təcili tibbi yardım maşınıdır.
Qəza nəticəsində Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri 1959-cu il təvəllüdlü Nazim Araz oğlu Vəliyev, 1974-cü il təvəllüdlü Kazım Arif oğlu Qaflanov, tibb bacıları 1986-cı il təvəllüdlü Leyla Qəməd qızı Seyfullayeva, 1987-ci il təvəllüdlü Nuranə İnqilab qızı Tağıyeva, 1969-cu il təvəllüdlü Fəridə Nuru qızı Ələkbərova, təcili tibbi yardım avtomobilinin sürücüsü 1973-cü il təvəllüdlü Vüqar Fərman oğlu Aslanov və sərnişin 1993-cü il təvəllüdlü Vüsal Ağarza oğlu Məzərli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.