Sumqayıtda 99 yaşlı qadın peyvənd olunub

Sumqayıtda 99 yaşlı Qubadlı sakini peyvənd olunub.

APA TV-nin yerli bürosu xəbər verir ki, Sumqayıtda yaşayan Qubadlı rayonu, Padar kənd sakini 99 yaşlı Hamayıl Muxtar qızı Hüseynəliyevaya COVID-19 virusu əleyhinə peyvənd vurulub.

Peyvənd Sumqayıt həkimləri tərəfindən H.Hüseynəliyevanın yaşadığı evdə həyata keçirilib. O, hazırda özünü yaxşı hiss edir.

Müəllif | Apa.Tv
Apa.tv