Sumqayıtda avtomobil 61 yaşlı kişini vuraraq öldürüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb. Yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Mahmudov İmran Sadiq oğlunu avtomobil vurub. 61 yaşlı kişi aldığı xəsarətlərdən keçinib.

 

Piyadanı vuran avtomobil hadisə yerindən yayınıb. Polis əməkdaşlarının apardığı əməliyyat- axtarışları tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

 

Meyit aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Ramil Zeynallı, APA TV

Müəllif | Apa.Tv
Apa.tv