Sumqayıtda avtomobillərə qənim kəsilən şəxs ələ keçirilib

Sumqayıtda avtomobillərə qənim kəsilən şəxs ələ keçirilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı vətəndaşlara məxsus avtomobillərdən oğurluq edən 31 yaşlı Asif Feyziyev tutulub. Onun ətrafında araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs şəhərin müxtəlif ərazilərində ümumilikdə 20 avtomobili qarət edib. Asif Feyziyev avtomobillərin yan şüşələrini özünəməxsus şəkildə qıraraq, oradan pul, maqintafon, vətəndaşlara məxsus geyim əşyaları, fləşkartlar və digər qiymətli əşyalar aparıb. Oğurladığı əşyaları isə dəyər dəyməzinə satıb.

İstintaqa cəlb olunan Asif Feyziyev əvvəllərdə iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv