Sumqayıtda azyaşlını maşın vuraraq öldürdü
Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən hadisə qeydə alınıb.
APA TV-nin xəbərinə görə, hadisə şəhərin 8-ci mikrorayonunda binalardan birinin qarşısında baş verib.
Həyətdə oynayan 3 yaşlı Rəvan İsgəndərovu“Toyota Prado” markalı avtomobil vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.