Sumqayıtda bədbəxt hadisə - 55 YAŞLI KİŞİ MAŞININ ALTINDA QALARAQ ÖLDÜ

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

 

“ZİL” markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini arxaya verərkən ehtiyatsızlıqdan yol kənarında duran 1965-ci il təvəllüdlü Ələddin Rüstəmovu vuraraq onun üstündən keçib. 55 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv