Sumqayıtda bir qadın dənizdə boğuldu, biri xilas edildi
Sumqayıtda bir nəfər dənizdə boğulub.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Sahil küçəsində fəaliyyət göstərən "Diana" istirahət mərkəzinin çimərlik ərazisində qeydə alınıb.
Dənizdə çimən iki qadın batıb. Onlardan biri 1990-cı il təvəllüdlü Aygün İsmayılova
xilas edilib, digəri 1977-ci il təvəllüdlü Aygün Musayeva isə boğularaq ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.