Sumqayıtda DƏHŞƏTLİ HADİSƏ: Qadın öz anasını bıçaqladı

Sumqayıtda qadın anasını bıçaqlayıb.

 

APA TV xəbər verir ki, şəhər sakini 36 yaşlı Günel Əliyeva onunla yaşayan anası, 65 yaşlı Zemfira Əliyevaya 6 bıçaq zərbəsi vurub.

 

Zemfira Əliyeva xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

 

Günel Əliyeva hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv