Sumqayıtda dəhşətli qəza: 2 ölü, 4 yaralı

Sumqayıtda dəhşətli qəza baş verib.

APA TV-nin məlumatına görə, hadisə "Stansiya Sumqayıt" adlanan ərazidə qeydə alınıb.

"Mitsubishi" və "Ravon" markalı minik avtomobilləri toqquşub.

Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Babazadə Elşən Seymur oğlu və 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğlu ölüb. Yaralılar xəstəxanaya aparılıb, şəxsiyyətləri hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv