Sumqayıtda dələduzluq yolu ilə vətəndaşları aldadan şəxs tutulub

Sumqayıtda dələduzluq edən 23 yaşlı gənc saxlanılıb.

 

APA TV-nin məlumatına görə, Sumqayıt şəhər polis idarəsi 3-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, müxtəlif vaxtlarda şəhər sakinlərini aldadaraq onların bankomat kartlarından pul çıxaran 1997-ci il təvəllüdlü Rahim Səlimzadə saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, Rahim Səlimzadə bankomatlarda vətəndaşlara yaxınlaşaraq kartında avans adlı reklamın görünməsini  və onların kartından mütəmadi olaraq 1 manat tutulacağını, bunun isə ildə 12 manat təşkil edəcəyini deyib. Həmin reklamı silə biləcəyini də bildirib. Eyni üsulla bir neçə şəxsi aldadan Rahim Səlimzadə vətəndaşlara külli miqdarda ziyan vurub. Sumqayıt şəhər sakini ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

 

Faktla bağlı Cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv