Sumqayıtda əcnəbi vətəndaş dəm qazından boğulub

Sumqayıt şəhərində əcnəbi vətəndaş yaşadığı mənzildə ölüb.

APA Tv-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin 21-ci məhəlləsində qeydə alınıb. 

İki həftə bundan öncə Sumqayıta gələn Hindistan vətəndaşı 1995-ci il təvəllüdlü Ranjit Surjit Kumar oglu kirayədə qaldığı evin hamamında dəm qazından boğularaq olub.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv