Sumqayıtda əməliyyat: 43 nəfər saxlanıldı
Sumqayıt şəhər Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü ilin yanvar ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 43 nəfər məsuliyyətə cəlb olunub.
DİN-dən verilən məlumata görə, həmin şəxslərdən 7 kq dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr götürülüb. 6,9 kq güclü təsir edici maddə dövriyyədən çıxarılıb.
Şəki qeydiyyatında olan, amma Binə qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Ələkbərli Rauf Qərib oğlundan 1 kq dan artıq narkotik vasitə götürülüb.
Adı çəkilən şəxs İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılaşıb 1000 (min) manat pul müqabilində narkotik vasitələri müxtəlif yerlərə çatdırırmış.