Sumqayıtda əməliyyat: narkotacirlər tutuldu

Sumqayıtda narkotacirlər tutulub.

 

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində Ağcabədi şəhər qeydiyyatında olan, hazırda Sumqayıt şəhəri 8-ci mikrorayonda yaşayan 1993-cü il təvəllüdlü Tural Fərzəliyev saxlanılıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Tural  Fərzəliyev şəhərin 5-ci mikrorayonunda saxlanılan zaman onun üzərindən 0,407 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Ona narkotik vasitəni satan şəxsin Sumqayıt şəhər Corat qəsəbə sakini 1998-ci il təvəllüdlü Xanlar Şəvəqqətov olduğu müəyyən edilib. O, 6-cı mikrorayon ərazisində saxlanılan zaman üzərindən 4 bükümdə olan 0,628 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

 

Polis əməkdaşları Xanlar Şəvəqqətova narkotik satan şəxsi də müəyyən edə biliblər. Şəhərin 30-cu məhəlləsində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Neymət Qayıbov saxlanılıb. Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı ondan 5.069 qram heroin, 8 bükümdə ümumi çəkisi 0,280 qram olan metamfetamin və Neymət Qayıbovun mənzilində isə 197,871 qram heroin aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı araşdırmalar aparılır. Adları çəkilən şəxslərin hər biri istintaqa təqdim olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv