Sumqayıtda əsas küçə və prospektlər dezinfeksiya olunub
Sumqayıtın 50-yə yaxın əsas küçə və prospektdə xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılıb.
APA TV-nin məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən texnikalar vasitəsilə şəhərin küçələri yuyulub.
Dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.
Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, liftlərdə, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə kommunal və digər aidiyyəti qurumlar tərəfindən dezinfeksiya tədbirləri həyata keçirilib.