Sumqayıtda evdə müəmmalı yanğınlar baş verir

Sumqayıt şəhərində mənzildə müəmmalı yanğınlar baş verir.

APA Tv-nin məlumatına görə, hadisə Sumqayıt şəhəri 49-cu məhəllədə olan evlərdən birində qeydə alınıb.

Mənzil sahibi Şahid Məmmədov bildirib ki, hər gün baş verən yanğın onları qorxuya salıb. Hətta vəziyyət o yerə çatıb ki, evdəki bütün əşyalar həyətə daşınıb.

Ən maraqlısı yanğının axşam saatlarında Azan səsindən sonra dayanmasıdı. Bir neçə gündür ki, evin fərqli otaqlarında alov meydana gəlir, əşyalar yanır. Müəmmalı yanğına qonşularda şahidlik edib. Evdə olduqları zaman müxtəlif yerlərdə qısa yanğınlar qeydə alınıb.

Bildirilib ki, Yanğın zamanı evdə televizor, divan-kreslo, pərdə və elektrik naqilləri yararsız hala düşüb. Əvvəlcə alovun elektrik naqillərindəki qısaqapanmadan yarandığını zənn edən ev sakinləri, sonradan bunun anidən müəmmalı şəkildə baş verdiyinin şahidi olublar. Evdə 7 nəfərdən ibarət iki ailə yaşayır.

Məsələ ilə bağlı aidyyatı qrumlara məlumat verilən kimi evə elektriklə birlikdə baxış keçirilib. Ancaq onlar getdikdən sonra mənzildə yenidən yanğın baş verib.

Müəllif | Apa.Tv
Apa.tv