Sumqayıtda evdən çıxan koronavirus xəstəsi geri qaytarıldı
Sumqayıtda qanunsuz olaraq yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlanıb.
APA TV-nin xəbərinə görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi reyd zamanı məlum olub ki, 44-cü məhəllədə yaşayan Nəsibə Surxay qızı Xəlilova koronavirus xəstəsi olmasına baxmayaraq, qanunsuz olaraq evi tərk edib.
Xüsusi geyimli polis əməkdaşları koronavirus xəstəsini yaşadığı ünvana geri qaytarıb.