Sumqayıtda hamilə qadın dənizdə boğularaq öldü
Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində boğulma hadisəsi qeydə alınıb.
APA TV xəbər verir ki, avqustun 7-də, təxminən, saat 21:50-də 1987-ci il təvəllüdlü Əhmədova Şəhanə Sərzalı qızı dənizdə boğulma təhlükəsilə üzləşib. O, sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə üçün aidiyyətı üzrə təhvil verilib.
Onun 4 aylıq hamilə olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.