Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın olub

Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın olub.

 

APA TV-nin xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 150 kvadratmetr olan qəsəbə icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli, taxta konstruksiyalardan ibarət binanın tavanı və çardağı 80 kvadratmetr sahədə yanıb.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv