Sumqayıtda iki qardaş metil spirtindən zəhərlənib öldü

Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü İqor Mixayloviç Smirnov və 1982-ci il təvəllüdlü Nikolay Mixayloviç Smirnov axşam saatlarında aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb. 

 

İqor Smirnov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, Nikolay Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib. 

 

Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv