Sumqayıtda “KamAZ” sərnişin mikroavtobusunu vurdu – 6  YARALI

Sumqayıtda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh prospektində qeydə alınıb.

 

Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan "Ford" markalı mikroavtobusu "KamAZ" markalı yük maşını arxadan vurub. Qəza nəticəsində mikroavtobusda olan 1974-cü il təvəllüdlü Lalə Salahova, 1975-ci il təvəllüdlü İlhamə Əliyeva, 1984-cü il təvəllüdlü Ramin Ağamirov, 1995-ci il təvəllüdlü Eldəniz Vəliyev, 1961-ci il təvəllüdlü Məlahət Cavadova və Əfruz Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv