Sumqayıtda karantin qaydalarına əməl etməyənlərə qarşı reyd keçirildi

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Sumqayıt Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

 

APA TV-nin məlumatına görə, marşrut avtobuslarında  tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar. Reyd zamanı maskadan istifadə etməyən 23 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

 

Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək və təsdiq edilmiş sanitar-karantin qaydalarına əməl etməyən şəxslər barəsində sərt intizam tədbirləri görüləcəkdir.

Müəllif | Apa.Tv
Apa.tv