Sumqayıtda karantin qaydalarını pozanlar cərimələndi

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları gecə saatlarında şəhərin müxtəlif ərazilərində reyd keçiriblər.

 

APA TV-nin məlumatına görə, reyd zamanı karantin qaydalarının tələblərinə riayət etməyən kafelərə rast gəlinib.

 

Şəhərin 9-cu mikrorayon ərazisində yerləşən "Corona Pub"-ın saat 22:00-dan sonra fəaliyyət göstərdiyi məlum olub. İctimai iaşə obyektində qapalı məkanda müştərilərə xidmət edildiyi də aşkarlanıb. Orada olan 17 müştəri və sahibkar Qasım Qasımlı 3-cü polis bölməsinə aparılıb. Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimələnib. Reydlər davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv