Sumqayıtda koronavirus xəstələri üçün modul tipli xəstəxana tikilir

Koronavirusa yoluxmuş xəstələri müalicə etmək məqsədi ilə Sumqayıtda 1 saylı şəhər xəstəxanasının ərazisindəki infeksion korpusun yanında tikilən modul tipli xəstəxanada son tamamlanma işləri aparılır.

 

APA TV xəbər verir ki, üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan xəstəxana kompleksində koronavirus infeksiyasına yoluxmuş  xəstələrin qəbulu və müalicəsi üçün hər cür zəruri şərait yaradılır.

 

Modul tipli xəstəxananın qurulması üçün mütəxəssislər Türkiyədən dəvət olunub.

 

Qısa müddətdə tamamlanması nəzərdə tutulan xəstəxanada ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar quraşdırılmaqla palataları reanimasiyaya çevirmək mümkün olacaq.

 

Qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər.

 

Müəllif | Apa.Tv
Apa.tv