Sumqayıtda küləyin fəsadları - BİNANIN DAMI UÇDU
Güclü külək Sumqayıtda fəsadlar törədib. APA TV-nin yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarından başlayan güclü külək Sumqayıt şəhərində fəsadlar törədib. Şəhərin 3-cü mikrorayon ərazisində yerləşən 12 mərtəbəli binanın fasadının bəzi hissələrini və dam örtüyünü külək uçurub. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb. Fəsadlar aradan qaldırılır.