Sumqayıtda mağazadan pul, içki və siqaret oğurlandı
Sumqayıtda evə bitişik olan mağazadan oğurluq olub.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində Əlislam Əliyev küçəsi, ev 455-də baş verib.
Gecə saatlarında naməlum şəxs mağazanın dəmir qapısının linglə açıb içəri daxil olublar. İçəri girən şəxs mağazada olan pul kisəsindən 335 manat pul vəsaitini, enerji içkilərini və siqaretləri götürərək qaçıb.
Ev sahibi Yeganə Əhmədovanın sözlərinə görə, səsə oyanıb və bir nəfər şəxsin qaçaraq uzaqlaşdığını görüb. Ümumilikdə zərərçəkən Yeganə Əhmədovaya 500 manatdan çox ziyan dəyib.
Faktla bağlı araşdırmalar aparılır.
Ramil Zeynallı,
Əli Əliyev