Sumqayıtda mebel təmiri sexində yanğın olub

Sumqayıtda mebel təmiri sexində yanğın baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. 

 

Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Hadisə nəticəsində sexin dam örtüyü və tikilinin içərisində olan əşyalar yanıb. Xəsarət alan olmayıb.

 

Yanğının səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv