Sumqayıtda mənzil yandı, bir nəfər tüstüdən zəhərləndi

Sumqayıtda yanğın olub.

 

APA TV-nin məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində 8 saylı yataqxananın 4-cü mərtəbəsindəki mənzildə qeydə alınıb. Yanğın nəticəsində mənzil 20 kvadratmetr sahədə yanıb, orada olan əşyalar yararsız hala düşüb.

 

Əraziyə yanğınsöndürənlər cəlb olunub və alov söndürülüb.

 

Hadisə zamanı həmin evdə yaşayan 2000-ci il təvəllüdlü Soltan Soltanov tüstüdən zəhərlənib. Ona təcili tibbi yardım əməkdaşları tərəfindən yardım göstərilib.

 

Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv