Sumqayıtda minik maşını aşdı – XƏSARƏT ALANLAR VAR
Bakı-Quba yolunda avtomobil idarəetmədən çıxaraq aşıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə magistralın Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsinə düşən hissəsində qeydə alınıb.
Belə ki, Qubadan Bakıya gələn "Mitsibuşi" markalı avtomobilin sürücüsü yolda qəfil idarəetməni itirib və avtomobili aşırıb.
Qəza zamanı sürücü, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Molgif Rəhimov və avtomobildə olan sərnişin xəsarət alıb. Onlar yaxınlıqda olan şəxslərin köməkliyi ilə maşından çıxarılıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar. Minik vasitəsi yararsız hala düşüb.
Qəzaya səbəb kimi sürət həddinin aşılması göstərilir.
Faktla bağlı araşdırma aparılır.