Sumqayıtda narkotik satan şəxs yaxalandı

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, əməliyyat zamanı Sumqayıt şəhər sakini Məcid Şamilov tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxs axtarış aparılan zaman ümumi çəkisi 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.

 

Məcid Şamilov ifadəsində xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqla araşdırılan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. O, narkotik vasitələri 12 min manata aldığını və heroinin pulunu isə onlayn yolla həmin şəxs göndərdiyini qeyd edib.

 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv