Sumqayıtda qadın evini yandırdı

Sumqayıtda qadın evini yandırıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayonu, ev 10/5-də qeydə alınıb.

 

Belə ki, şəhər sakini, 1957-ci il təvəllüdlü Panova Qalina Vladimirovna yaşadığı mənzili yandırıb. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı alınıb.

Tək yaşayan qadının spirtli içki aludəçisi olduğu bildirilir.

 

Yanğının, qadının çəkdiyi siqareti döşəməyə atması səbəbindən baş verdiyi ehtimal edilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv