Sumqayıtda qayda pozan xanım sürücülərə... hədiyyə verildi – 8 MART AKSİYASI
Sumqayıtda yol polisləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qeyri-adi reyd keçirib.
APA TV-nin məlumatına görə, reyd şəhərin Sülh prospektində təşkil edilib.
Qayda pozan qadın sürücülər yol polisləri tərəfindən saxlanılıb, onlara qayda pozuntuları izah edilib. Lakin cərimə protokolu əvəzinə onlara gül və iki nəfərlik şam yeməyi bileti təqdim olunub.
Sükan arxasında əyləşən qadınlarla yanaşı, piyada keçidindən düzgün keçməyən xanımlar da yol polisi tərəfindən saxlanılıb və onlara da hədiyyələr təqdim edilib.
Hədiyyə alan xanımlar onları belə bir əziz gündə təbrik edən yol polislərinə təşəkkürlərini ifadə ediblər.