Sumqayıtda qəza: Yaralanan var
Sumqayıtda Heydər Əliyev prospektində avtomobil qəzası baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəzanı 7 saylı xətt üzrə hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına çıxan "Tofaş" markalı 50 CP 807 dövlət nömrə nişanlı avtomobil törədib.
Hadisə nəticəsində "Tofaş"ın sürücüsü 1996-cı il təvəllüdlü Şahbazov Kənan Fəzail oğlu xəsarət alıb.
Yaralı təcili yardım avtomobili ilə Sumqayıt təcili bibbi yardım xəstəxanasına aparılıb.
Araşdırma aparılır.