Sumqayıtda reyd keçirildi - KARANTİN QAYDALARINI POZANLAR CƏRİMƏLƏNDİ

Sumqayıt şəhərində karantin qaydalarına əməl etməyənlərə qarşı reyd keçirilib.

 

DİN məlumat xidmətindən APA TV-yə verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə keçirdiyi reydlər zamanı alıcıların içəriyə maskasız daxil olmağına göz yuman market əməkdaşları məsuliyyətə cəlb ediliblər.

 

Həmçinin kassirləri maska və əlcəksiz işləyən obyekt sahibləri barəsində də protokollar tərtib olunub.

 

Reyd zamanı banklar və kassalar önündə sıxlığın yaranmasının qarşısını almaq məqsədi ilə polislər tərəfindən orada insanların növbə ilə dayanması da təşkil edilib.

 

Tədbir zamanı Sumqayıt şəhərindəki apteklərdə sanitar-gigiyenik qaydalara əməl etməyən, tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində ciddi intizam tədbirləri görülüb.

 

Tədbir zamanı həmçinin avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər və sərnişinlər də polis əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər.

Müəllif | Apa.Tv
Apa.tv