Sumqayıtda şəhidin evinə girib hər şeyi alt-üst etdilər

 Sumqayıtda naməlum şəxslər 44 günlük Vətən müharibəsi şəhidi mayor Rahib Babayevin evinə girib, evi alt-üst ediblər. Bu barədə şəhidin həyat yoldaşı Aygün Babayeva məlumat verib. Onun sözlərinə görə, naməlum şəxs və ya şəxslər xüsusi alət və avadanlıqlardan istifadə etməklə, mənzilə daxil olublar. Maraqlısı budur ki, mənzilə daxil olan şəxs və ya şəxslər evin altını üstünə gətirsələr də lakin mənzildən heç nə aparmayıblar. Hadisə barədə Polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, “Canavar postu” nun fatehi Rahib Babayev 44 gün­lük Vətən müharibəsi şəhididir. Ölümündən sonra “Azərbaycan bayrağı" ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Əli Əliyev Ağa Əlizadə APA TV

Müəllif | Apa.Tv
Apa.tv