Sumqayıtda servis avtobusu qəzaya uğradı

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə səhər Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Şəhərdə fəaliyyət göstərən müəssisələrdən birinin servis avtobusu qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya sürücü 1961-ci il təvəllüdlü Xəlil Cavadovun sükan arxasında ürək tutmasından keçinməsi səbəb olub. O avtobusda tək olub.

 

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv