Sumqayıtda söküntü işləri aparan kran aşıb
Sumqayıt şəhərində qaldırıcı kran aşıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin 42-ci məhəlləsində qeydə alınıb.
Ərazidə istismar müddəti bitmiş yataqxana binasının söküntüsü zamanı qaldırıcı kran aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.