Sumqayıtda Türkiyə üçün yardım kampaniyası təşkil edilib

Türkiyədə zəlzələdən zərər görənlər üçün Sumqayıt şəhərində də yardım kampaniyası təşkil edilib.

Yardım kampaniyası şəhərdə bir neçə ünvanda davam edir. Hazırda Sumqayıt sakinləri həmin ünvanlara yardımlar çatdırırlar.

Qeyd edək ki, məntəqələrə toplanan əşyalar əsasən qış geyimləri, paltar, yorğan döşək, quru yeməklərdir.

Müəllif | Apa.Tv
Apa.tv